Əsgərlərimiz üşüyürmü? - MN-dən açıqlama

17:06 | 04.02.2014
Əsgərlərimiz üşüyürmü? - MN-dən açıqlama

Əsgərlərimiz üşüyürmü? - MN-dən açıqlama

Son günlər havalar qar, çovğun və güclü şaxtalarla müşayiət olunur. Sinoptiklər kəskin soyuqların hələ bir neçə gün davam edəcəyini proqnozlaşdırırlar. Təbii ki, belə hava şəraiti cəbhə xəttində - səngərlərdə gecə-gündüz keşik çəkən əsgərlərimnizə ciddi problemlər yaradır. Xüsusilə dağlıq bölgədəki hərbi hissələrimizin əsgərləri yarım metrə qədər qarın içində,  mənfi 30 dərəcəyə qədər şaxtaya davam gətirirlər. Qeyd edək ki, Qarovul Xidməti nizamnaməsinə görə, havanın temperaturu mənfi 20 dərəcədən aşağı  olarsa, xidmət müddəti bir saata kimi endirilir.Müdafiə Nazirliyinin mətbuat xidməti Modern.az saytının sorğusuna cavab olaraq bildirib ki, yüksək dağlıq və çətin iqlim şəraitində yerləşən hərbi hissələr çoxdan qış mövsümünə hazırdır və ciddi çətinliklər yoxdur. Nazirlikdən onu da bildiriblər ki, qış mövsümünə hazırlıq üzrə tədbirlər müdafiə nazirinin təsdiq etdiyi əmrlərin tələblərinə və plana uyğun olaraq yerinə yetirilib.  “Müdafiə Nazirliyinin tabeliyində olan bütün hərbi hissələr qışa hazırlıq prosesini çoxdan yekunlaşdırıb, şəxsi heyət qış geyim forması və isti paltarla, bölmələr təbii qaz, dizel, soba və odun yanacaqları ilə normalara uyğun olaraq tam təmin ediliblər”, – deyə nazirlikdən bildiriblər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti