Əsgərlikdən qayıdan oğluna məclis quran ailə cərimələndi-FOTOLAR

11:28 | 13.07.2020
Əsgərlikdən qayıdan oğluna məclis quran ailə cərimələndi-FOTOLAR

Əsgərlikdən qayıdan oğluna məclis quran ailə cərimələndi-FOTOLAR

Qubanın Növdün kənd sakini Bəhruz Nəğdəliyev oğlunun hərbi xidmətdən qayıtması münasibətilə həyətində məclis təşkil edib. 

DİN-dən  ANEWS.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən məclis dayandırılıb. Məclisin təşkilatçısı və həmin vaxt orada iştirak edən 12 şəxs barəsində karantin qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə olunublar.

Analoji qayda pozuntusu Xaçmazda da qeydə alınıb. Şəhər sakini Malik Mirzəyevin hərbi xidmətdən qayıdan oğlu üçün məclis təşkil edib. Polis əməkdaşları tərəfindən M.Mirzəyev tərəfindən təşkil olunan məclis dayandırılıb. Ev sahibi və məclisdə iştirak edən şəxslər inzibati qaydada məsuliyyətə cəlb olunublar.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb