Əsir düşən Tərtər sakininin qardaşı DANIŞDI - FOTO

14:00 | 11.07.2014
Əsir düşən Tərtər sakininin qardaşı DANIŞDI - FOTO

Əsir düşən Tərtər sakininin qardaşı DANIŞDI - FOTO

Teleqraf.com Ermənistan silahlı qüvvələrinə əsir düşən Tərtərin Qapanlı kənd sakini 1968-ci il təvəllüdlü Quliyev Şahbaz Cəlal oğlu ilə bağlı yeni məlumat əldə edib. Həmim şəxsin əvvəllər də bir neçə dəfə işğal altındakı torpaqlara getdiyi bildirilir. Bir müddət əvvəl Şahbaz Quliyev Kəlbəcərə gedərək orada video çəkilişlər aparıb. Ş.Quliyevin böyük qardaşı İlham Quliyev onun əsir düşməsindən xəbərsizdir. Sumqayıtda yaşayan İ.Quliyev Teleqraf.com-a bildirib ki, qardaşı hərbçi deyil: "O, daha əvvəl də Kəlbəcərə gedib. Neçə dəfə demişik ki, həyatını təhlükəyə atma. Xeyri olmadı. Çox narahatıq". İ.Quliyev həmçinin bildirdi ki, əsir düşən qardaşı ailəlidir, bir qızı var: "İyunun 18-dən sonra ondan xəbərimiz yoxdur".Azərbaycan Müdafiə Nazirliyi erməni mətbuatında diversiya məqsədilə cəbhə xəttini keçib əsir düşdüyü bildirilən Tərtərin Qapanlı kənd sakini Quliyev Şahbaz Cəlal oğlu barədə məlumat yayıb.   Müdafiə Nazirliyindən Teleqraf.com-un sorğusuna cavabda deyilir: “Müdafiə Nazirliyi bildirir ki, Ermənistan kütləvi informasiya vasitələrində yayılan məlumatda adı çəkilən şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmir”.   Qeyd edək ki, Ermənistanın News.am saytının yazdığına görə, Tərtərin Qapanlı kənd sakini Quliyev Şahbaz Cəlal oğlu (1968-ci il təvəllüdlü) diversiya məqsədilə cəbhə xəttini keçib və əsir düşüb. Məlumatda o da göstərilir ki, adı açıqlanan şəxs əsir düşənlərdən sadəcə bir nəfəridir. Əsirlərin ümumi sayı barəsində məlumat verilməyib. Qondarma rejim bildirilib ki, Azərbaycan Müdafiə Nazirliyi faktı və Azərbaycan diversantının əsir düşməsini inkar etdiyi üçün fotolar təqdim edir. Teleqraf.com Ş.Quliyevlə bağlı yeni məlumatlar əldə etməyə çalışır. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti