"CNN International" kanalının müxbiri Ivan Watson kürdlərin əsir aldığı İŞİD döyüşçüləri ilə görüşüb. Görüş zamanı keçmiş yaraqlıların üzlərindəki peşmançılıq hissi diqqət çəkib.ANN.Az xəbər verir ki, müxbir əsirlərin onun yanına tək-tək gətirildiyini və otağa daxil olarkən işıqdan onların gözlərinin qamaşdığını müşahidə edib. "Ailəmi qorumaq üçün onlara qoşuldum"Süleyman adlı bu əsir terror təşkilatına ailəsini qorumaq üçün qatıldığını və buna məcbur olduğunu deyib. Cizrə kantonunda təşkil olunan kamikadze hücumunu təşkil edənlərdən biri olduğunu və buna görə İŞİD-dən 3600 dollar aldığını və hücum zamanı əmisioğlunun öldüyünü bildirib: "Onlar islam və ədalət üçün savaşdıqalrını deyirdilər. Onlar bizim kasıbçılığımızdan faydalandılar".Hələ 19 yaşında və...Bu gənc oğlanın adı Kərim və hələ 19 yaşındadır. Amma 1 ildən çoxdur ki, İŞİD sıralarında döyüşür və 3 dəfə qarnından yaralanıb. O, döyüşə gedərkən yaraqlılara narkotik maddə verildiyini deyir: "Bizə həb verirdilər. Bunu qəbul eelədikdə döyüşə aslan kimi atılırsan, nə güllə, nə bomba, nə ölüm... heç bir vecinə olmur".Kərim İŞİD sıralarındakı savaşçıların əksəriyyətinin əcnəbi olduğunu da dilə gətirib. Yerli, yaxud ərəb dilində danışanların az olduğunu bildirib."İşgəncəli ölüm"Üçüncü əsir yaraqlı isə Cabbardır və keçmiş ibtidai sinif müəllimidir. 2 uşağı var. Cabbar bombalı avtomobil hücumlarının təşkilatçılarından biridir. CNN müxbirinin "İŞİD məni yaxalasa, nə edər?" - sualına Cabbar belə cavab verir: "İşgəncəli bir ölüm. Başınızı, yaxud əllərinizi kəsə bilər".Watson bu cavabın qarşısında susmağa məcbur olur.ANN.Az