Ermənistanla Azərbaycan arasında hərbi əsirlərin dəyişdirilməsindən sonra sülh müqaviləsinin imzalanması mümkündür. Bu barədə ABŞ Dövlət Departamentinin rəhbəri Metyu Miller deyib.
"Biz əsir götürülmüş Ermənistan və Azərbaycan vətəndaşlarının qaytarılmasını, həmçinin əlavə etimad tədbirlərinin müzakirə olunduğu barədə xəbərləri alqışlayırıq. Bu sülhə aparan yoldur", - o bildirib.
Miller əlavə edib ki, ABŞ Rəsmi Bakı və İrəvanla danışıqları davam etdirəcək.
Dekabrın 13-də Azərbaycanla Ermənistan arasında Qazaxın sərhədyanı bölgəsində hərbi əsərilərin dəyişdirilməsi prosesi baş tutub. Belə ki, Azərbaycan Ermənistana 32 hərbçisini, Ermənistan isə Azərbaycana 2 hərbçisini təhvil verib.
Aprelin 17-də İrəvan məhkəməsi Azərbaycan əsgərləri Aqşin Bəbirov və Hüseyn Axundovun Ermənistanla sərhədi qanunsuz keçməsinə görə həbs edilməsinə qərar verib.
Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi bir azərbaycanlı hərbçinin aprelin 10-da, ikincisinin isə aprelin 13-də saxlanıldığını bildirib. Daha sonra Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, iki hərbçi itkin düşüb, onlar əlverişsiz hava şəraiti səbəbindən yolu itiriblər.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !