• $ 1.7
  • € 2.0035
  • ₽ 0.021707
  • ₺ 0.0427
  • £ 2.336

“Eskobar”ın yaxın adamı Bakıda tutuldu

“Eskobar”ın yaxın adamı Bakıda tutuldu
29.05.2020 07:57
Xətai Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəbəkənin daha bir üzvü tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Buta.media-a verilən məlumata görə, əməliyyat zamanı paytaxt sakini Taleh Mehdiyev saxlanılıb.
Araşdırma zamanı onun ötən ay saxlanılan "Eskobar” ləqəbli narkotacir Məhəmməd Məmmədzadə ilə birlikdə Azərbaycana qanunsuz olaraq satmaq məqsədi ilə narkotik vasitələr gətirdiyi sübut olunub. 

Xatırladaq ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aprel ayında həyata keçirilən əməliyyat zamanı M.Məmmədzadə və narkotik vasitələrin qanunsuz alqı-satqısı ilə məşğul olan şəbəkə ifşa edilib. M.Məmmədzadənin Xətai rayonunda yaşadığı evə baxış zamanı 504 qram heroin və 227,454 qram metamfetamin aşkar edilib.

Qeyd edilən faktlarla bağlı saxlanılan şəxs barəsində Xətai RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Masazırda açıq ərazidə yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 00:10
Masazırda açıq ərazidə yanğın söndürülüb - Yenilənib
Sabah bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:19
Sabah bu ərazilərdə işıq olmayacaq
Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapılıb
Cəmiyyət 22:15
Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapılıb
Araz Ağalarova qarşı məhkəmə icraatına başlanılıb
Cəmiyyət 21:49
Araz Ağalarova qarşı məhkəmə icraatına başlanılıb
Göygöldə xəstə yaxınları təcili yardım maşınına hücum edib
Cəmiyyət 21:14
Göygöldə xəstə yaxınları təcili yardım maşınına hücum edib
Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı 8-ə çatıb
Cəmiyyət 21:07
Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı 8-ə çatıb
Şəxsiyyət vəsiqələrinin forması dəyişir
Cəmiyyət 18:05
Şəxsiyyət vəsiqələrinin forması dəyişir

Əmanətini Yelo Bank-a etibar et, illik 12%-dək gəlir qazan
Cəmiyyət 17:04
Əmanətini Yelo Bank-a etibar et, illik 12%-dək gəlir qazan
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq
Cəmiyyət 16:28
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol