"Əsl xanım mətbəxə girib, ərinə xidmət etməlidir" - Xalq artisti

08:58 | 29.03.2019

"Əsl xanım mətbəxə girib, ərinə xidmət etməlidir" - Xalq artisti

Xalq artisti Səkinə İsmayılova "MTV Azərbaycan"da yayımlanan "Söhbət Siz" proqramının qonağı olub.

Samir Bayramlının suallarını cavablandıran sənətçi zəif muğam ifaçılarından danışıb:

"Muğam ifaçıları üç qismə bölünür: bəm, orta və zil səslilər. Bütün bu registrləri əhatə edə bilirsənsə, tam xanəndəsən. Zəif muğam ifaçıları çoxdur. Eləsi var, ona desən ki, "Bayatı-Şirazı" oxu, oxuya bilməz".

İsmayılova estrada ifaçılarına qulaq asdığını da söyləyib:

"Brilliant Dadaşovanın səsinin xırdalıqları xalq mahnılarına daha yaxındır. Röyanın oxumağı xoşuma gəlir. Onun qısa muğam ifalarını eşitmişəm".

Xanəndə veriliş zamanı bildirib ki, övladının musiqiçi olmasına icazə verməyib:

"Qızımın səsi var. Amma onu musiqidən uzaq tutdum. Hətta evdə piano var idi, meyli çəkməsin deyə, aləti də evdən uzaqlaşdırdım. Düşünürəm ki, ailədə bir sənətkarın olması bəs edir".

Sənətçi yemək bişirməyi sevdiyini də bildirib:

"Əsl xanım odur ki, mətbəxinə girsin. Orada vaxtı olanda əlinin duzuyla ailəsinə xidmət etsin. Övladlarını, həyat yoldaşını sevindirsin. Vaxtım olanda mətbəxə girirəm, orada hər cür yemək bişirirəm".
 
axsamaz

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM