Eşli Koul "Qalatasaray"da oynaya bilər

10:56 | 01.04.2014
Eşli Koul "Qalatasaray"da oynaya bilər

Eşli Koul "Qalatasaray"da oynaya bilər

"Çelsi" klubu mövsümün sonunda müdafiəçisi Eşli Koulla müqavilə yeniləməyəcək.Qol.Az-ın "Mirror" qəzetinə istinadən verdiyi məlumata görə, London təmsilçisinin baş məşqçisi Joze Mourinyo ingilis futbolçunun xidmətində maraqlı deyil.Artıq təcrübəli futbolçu ilə iki komanda yaxından maraqlanır. Bunlar "Real" (Madrid) və "Qalatasaray" klublarıdır. Madrid təmsilçisi Koula ilinə 8 milyon funt olmaqla iki illik müqavilə təklif edib. Lakin "Real"da ehtiyatda qalacağından narahat olan 33 yaşlı futbolçunun İspaniyada oynamaq istəmədiyi bildirilir. Koulun "Qalatasaray"ın təklifini necə qarşılayacağı maraqla gözlənilir.Qeyd edək ki, Koul 2006-c ildə "Arsenal"dan "Çelsi"yə transfer olunub. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM