Əşrəf Qani əfqan xalqından üzr istədi

Əfqanıstanı tərk edən Əşrəf Qani bəyanat yayıb.
"Avqustun 15-də "Taliban” gözlənilmədən şəhərə girdikdən sonra Kabili tərk etdiyimə görə əfqan xalqına bir üzr borcum var.
Əşrəf Qanidən ölkədən getdikdən sonra - İlk açıqlama
Korrupsiya onilliklər boyu ölkəmizi şikəst edən bir bəla olub və bununla mübarizə prezident kimi diqqət mərkəzimdə olub. Mənə asanlıqla məğlub edilə bilməyən bir canavar miras qaldı.
Dediklərimin həqiqiliyini isbat etmək üçün BMT himayəsində və ya hər hansı digər müvafiq müstəqil qurumda rəsmi audit və ya maliyyə araşdırması aparmaq olar. Yaxın köməkçilərim maliyyə hesabatlarını dövlət auditinə təqdim etməyə hazırdırlar.
Əşrəf Qani ölkədən getməsinin səbəbini açıqladı
Başqa cür başa çatdıra bilmədiyim üçün əfqan xalqından üzr istəyirəm. Əfqanıstan xalqına olan bağlılığım heç vaxt dəyişməyib və ömrüm boyu mənə rəhbərlik edəcək”, - bəyanatda deyilir.
www.anews.az
"Qafqazinfo” xəbər verir ki, o, Tvitter səhifəsində yayımladığı bəyantda əfqan xalqından üzr istəyib.
Kabildən ayrılmaq həyatımın ən çətin qərarı idi, amma silahları susdurub, Kabili və altı milyon vətəndaşı xilas etməyin yeganə yolu olduğuna inanırdım.
Həyatımın 20 ilini əfqan xalqına demokratik, firavan və suveren bir dövlət qurmağa həsr etmişəm, heç vaxt ölkəmi və bu dünyagörüşümü tərk etmək niyyətində olmamışam.
Gedişimdən əvvəl baş verənləri qiymətləndirməyin vaxtı deyil - yaxın gələcəkdə bunlara aydınlıq gətirəcəyəm. Amma indi Kabildən çıxarkən Əfqanıstana məxsus milyonlarla dolları özümlə apardığım barədə əsassız iddialara toxunmalıyam. Bu ittihamlar tamamilə yanlışdır.
Həyat yoldaşım və mən maliyyə məsələlərində həmişə çox diqqətli olmuşuq. Bütün aktivlərimi açıqladım. Həyat yoldaşımın ailə mirası da açıqlandı.
Əşrəf Qani ölkədən getməsinin səbəbini açıqladı
Son qırx ildə bütün əfqanların, xüsusən hərbçilərimizin və onların ailələrinin fədakarlığına görə minnətdarlığımı bildirirəm. Təəssüf ki, mənim dövrüm sülh və firavanlığı təmin etmədən, sələflərimə bənzər bir faciə ilə başa çatdı.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər