"Qafqazinfo” xəbər verir ki, o, Tvitter səhifəsində yayımladığı bəyantda əfqan xalqından üzr istəyib.
Kabildən ayrılmaq həyatımın ən çətin qərarı idi, amma silahları susdurub, Kabili və altı milyon vətəndaşı xilas etməyin yeganə yolu olduğuna inanırdım.
Həyatımın 20 ilini əfqan xalqına demokratik, firavan və suveren bir dövlət qurmağa həsr etmişəm, heç vaxt ölkəmi və bu dünyagörüşümü tərk etmək niyyətində olmamışam.
Gedişimdən əvvəl baş verənləri qiymətləndirməyin vaxtı deyil - yaxın gələcəkdə bunlara aydınlıq gətirəcəyəm. Amma indi Kabildən çıxarkən Əfqanıstana məxsus milyonlarla dolları özümlə apardığım barədə əsassız iddialara toxunmalıyam. Bu ittihamlar tamamilə yanlışdır.
Həyat yoldaşım və mən maliyyə məsələlərində həmişə çox diqqətli olmuşuq. Bütün aktivlərimi açıqladım. Həyat yoldaşımın ailə mirası da açıqlandı.
Əşrəf Qani ölkədən getməsinin səbəbini açıqladı
Son qırx ildə bütün əfqanların, xüsusən hərbçilərimizin və onların ailələrinin fədakarlığına görə minnətdarlığımı bildirirəm. Təəssüf ki, mənim dövrüm sülh və firavanlığı təmin etmədən, sələflərimə bənzər bir faciə ilə başa çatdı.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !