Əsrin görüşü – FOTO/VİDEO

10:14 | 12.06.2018
Əsrin görüşü – FOTO/VİDEO

Əsrin görüşü – FOTO/VİDEO

inqapurda ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında tarixi görüşün əvvəlində tərəflər bir-birinin əlini sıxıb. Görüş Sentosa adasındakı "Kapella” hotelində keçirilib. 
Oxu.Az bununla bağlı "The Guardian” nəşrinə istinadla xəbər verir. 
Daha sonra tərəflər təkbətək görüşə başlayıblar. Ağ Ev bəyan edib ki, danışıqların uğurlu olacağına əmindirlər:
"Bizim çox yaxşı münasibətlərimiz olacaq”.
Şimali Koreya lideri sammitin keçirilməsi yolunda bir çox maneələrlə qarşılaşdıqlarını bildirib. 
"Biz bu maneələri dəf etdik və bu gün buradayıq”, - o bildirib. 
Təkbətək görüş başa çatdıqdan sonra Tramp danışıqları "çox yaxşı” qiymətləndirdiyini deyib. 
Daha sonra tərəflər arasında geniş tərkibli görüş keçirilib. Görüşün ardınca ölkə rəhbərləri nümayəndə heyətləri ilə birgə işçi naharda iştirak edəcəklər.
ABŞ tərəfindən görüşdə dövlət katibi Mayk Pompeo, Ağ Evin aparat rəhbəri Con Kelli, Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton iştirak edib. 
Görüşün əsas müzakirə məsələlərindən biri Şimali Koreyanın nüvə proqramının gələcəyi olub. 
 


















 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb