Estoniya Baltik dənizində genişmiqyaslı təlimlərə başlayıb

22:30 | 03.06.2023
Estoniya Baltik dənizində genişmiqyaslı təlimlərə başlayıb

Estoniya Baltik dənizində genişmiqyaslı təlimlərə başlayıb

İyunun 3-də Estoniyanın paytaxtı Tallinində NATO-nun 50 hərbi gəmisinin iştirak etdiyi Baltik dənizində bu ilin ən böyük təlimi olan "Baltops 23” başlayıb.

Bu barədə ERR məlumat yayıb.

52-ci dəfə keçirilən "Baltops” təlimlərində ümumilikdə dəniz, quru və hava qüvvələrinin 6 minə yaxın hərbi qulluqçusu iştirak edir.

İki həftə ərzində müttəfiqlər digər məsələlərlə yanaşı, sualtı qayıqlara qarşı və hava hücumundan müdafiə, sursatların zərərsizləşdirilməsi və tibbi xilasetmə əməliyyatlarını işləyəcəklər.

Estoniya üç ilə yaxındır ki, təlimə hazırlaşır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM