Estoniya Rusiya ilə sərhədində hasar tikir

18:37 | 28.08.2015
Estoniya Rusiya ilə sərhədində hasar tikir

Estoniya Rusiya ilə sərhədində hasar tikir


«Kremlin ötən il Ukraynanı işğal etməsindən sonra Rusiyanın digər qonşuları Moskvanın növbəti addımlarından narahat olmağa başlayıblar. Kiçik Baltik ölkələri olan Estoniya, Latviya və Litva bu qorxunu lap pis keçirir. Bu ölkələrin hər birində etnik rus azlığı yaşayır. Baltik ölkələri Sovetlər Birliyinin tərkibində qaldıqları dönəmə Moskvanın qanunsuz işğalı kimi baxırlar». Bunu «Foreign Policy» dərgisində oxuyuruq.

Bu arada Estoniya Daxili İşlər Nazirliyinin sözçüsü Toomas Viks təsdiqləyib ki, hökuməti Rusiya ilə şərq sərhədi boyunca 70 millik hasar tikəcək.

Məqalədə deyilir ki, səkkiz fut (2 metr yarım) hündürlükdə hasar aşırı cavab sayıla bilər, ancaq Estoniyanın Rusiya ilə gərgin münasibətlərini nəzərə alanda, Tallin məsələni taleyin hökmünə buraxmaq istəmir. Rusiya bu yaxınlarda sərhəddə tutduğu eston zabitə 15 illik cəza kəsib.

Viks «France Presse» agentliyinə deyib ki, hasar 2018-2019-cu illərdə tikiləcək. Məqsəd quru sərhədi 100 faiz bağlamaq, sərhəd nəzarəti üçün fasiləsiz texniki nəzarət imkanı yaratmaq, Estoniya və Şengen ərazisi üçün təhlükəsizliyi təmin etməkdir.

Bu ilin yanvarında Litvanın müdafiə naziri Juozas Olekas «Reuters» agentliyinə deyib ki, Gürcüstan və Ukraynada baş verənlər «bizə burada oxşar durumun öhdəsindən gələ bilməyəcəyimizi, hazır olmalı olduğumuzu göstərdi». Hökumət hazırladığı təlimatda Rusiyanın ölkəni işğal edəcəyi halda litvalılara davranış qaydalarını da izah edib, daha sonra gənclər üçün hərbi xidməti bərpa edib. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM