Estoniya və Norveç Rusiya ilə sərhədi bağlamağı düşünür

23:01 | 16.11.2023
Estoniya və Norveç Rusiya ilə sərhədi bağlamağı düşünür

Estoniya və Norveç Rusiya ilə sərhədi bağlamağı düşünür


Hakimiyyət sərhəddəki vəziyyəti diqqətlə izləyir və lazım gələrsə, keçid məntəqələrini qismən və ya tamamilə bağlayacaq.

Bu barədə Estoniya Sərhəd Xidmətinin rəhbəri Veiko Kommusaar "Postimees”ə bildirib.

Səbəb kimi qeyri-qanuni miqrasiya göstərilir. Belə ki, noyabrın 16-da səhər saatlarında cəmi 1,5 saat ərzində səkkiz Somali vətəndaşı Estoniya sərhəd-keçid məntəqəsindən öncə Rusiya sərhədçilərini keçərək Rusiya Federasiyasından Estoniyaya vizasız getməyə cəhd ediblər.

Finlandiya da Rusiya ilə sərhəddəki məhdudiyyətləri eyni cür izah edib: səlahiyyətlilərə görə, Rusiyadan ölkəyə daxil olmağa çalışmış qanunsuz miqrantların axını son vaxtlar nəzərə çarpacaq dərəcədə artıb. Noyabrın 16-da Finlandiya dörd sərhəd keçid məntəqəsini bir neçə ay müddətinə bağlayıb. Bu səbəbdən "Lux Express”, "Ecolines” və digər avtobus daşıyıcıları reysləri dayandırır.

Daha öncə Norveç Ədliyyə Nazirliyi Rusiya ilə yeganə sərhəd-keçid məntəqəsinin bağlana biləcəyini açıqlayıb.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM