Birinci xanım və prezident dəftərxanası hələ ki, münasibət bildirməyib
İnterpress.az xəbər verir ki, Estoniya prezidentinin həyat yoldaşı Evelin İlvesin başqa kişi ilə əylənən şəkilləri yayılıb. Yerli mətbuatın məlumatına görə, ölkənin birinci xanımı əyləncə mərkəzlərinin birində başqa bir kişi ilə bütün gecə oynayıb, qucaqlaşıb, hətta öpüşüb. “Kroonika” nəşrinin yazdığına görə, paytaxt kafelərinin birinə gələn birinci xanım nikah statusunu unudaraq gizli pərəstişkarı ilə öpüşüb.Məlum olub ki, Evelin İlves kafeyə avqustun 6-sı gəlib. Həmin gün orada mərasim keçirilib və birinci xanım masa sifariş edib. Onun üçün terrasda ən yaxşı yer ayrılıb. Estoniya prezidentinin həyat yoldaşı həmin məkanda istirahət edib, səhərə yaxın qonaqlar dağılışarkən Evelin İlves bir yaraşıqlı kişi ilə rəqs meydançasına çıxıb. Şahidlərin sözlərinə görə, onlar özlərini sevgililər kimi aparırdı və kafeni birlikdə tərk ediblər. “Onlarla başqa bir cütlük də var idi, İkisi Mersedes-S-klass avtomobilinə minib getdilər.”Ümumiyyətlə, Estoniyanın birinci xanımı barədə məlumat azdır. Zahiri görkəmindən ona 30 yaş vermək olar. Birinci xanım kafedə əylənərkən onun həyat yoldaşı, prezident Toomas Hendrik İkves ölkədə olub. Xanım özü və prezident dəftərxanası məlumatla bağlı hələ ki, heç bir açıqlama verməyib.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !