• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

Estoniyanın 1-ci xanımı başqa kişi ilə yaxalandı - VİDEO

Estoniyanın 1-ci xanımı başqa kişi ilə yaxalandı - VİDEO
22.08.2014 15:57

Birinci xanım və prezident dəftərxanası hələ ki, münasibət bildirməyib

İnterpress.az xəbər verir ki, Estoniya prezidentinin həyat yoldaşı Evelin İlvesin başqa kişi ilə əylənən şəkilləri yayılıb. Yerli mətbuatın məlumatına görə, ölkənin birinci xanımı əyləncə mərkəzlərinin birində başqa bir kişi ilə bütün gecə oynayıb, qucaqlaşıb, hətta öpüşüb. “Kroonika” nəşrinin yazdığına görə, paytaxt kafelərinin birinə gələn birinci xanım nikah statusunu unudaraq gizli pərəstişkarı ilə öpüşüb.Məlum olub ki, Evelin İlves kafeyə avqustun 6-sı gəlib. Həmin gün orada mərasim keçirilib və birinci xanım masa sifariş edib. Onun üçün terrasda ən yaxşı yer ayrılıb. Estoniya prezidentinin həyat yoldaşı həmin məkanda istirahət edib, səhərə yaxın qonaqlar dağılışarkən Evelin İlves bir yaraşıqlı kişi ilə rəqs meydançasına çıxıb. Şahidlərin sözlərinə görə, onlar özlərini sevgililər kimi aparırdı və kafeni birlikdə tərk ediblər. “Onlarla başqa bir cütlük də var idi, İkisi Mersedes-S-klass avtomobilinə minib getdilər.”Ümumiyyətlə, Estoniyanın birinci xanımı barədə məlumat azdır. Zahiri görkəmindən ona 30 yaş vermək olar. Birinci xanım kafedə əylənərkən onun həyat yoldaşı, prezident Toomas Hendrik İkves ölkədə olub. Xanım özü və prezident dəftərxanası məlumatla bağlı hələ ki, heç bir açıqlama verməyib.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Moskva vilayətində yüngülmotorlu təyyarə qəzaya uğrayıb
Dünya 19:02
Moskva vilayətində yüngülmotorlu təyyarə qəzaya uğrayıb
İmamoğlunun məhkəmə prosesi 12 il uzana bilər - KİV
Dünya 11:10
İmamoğlunun məhkəmə prosesi 12 il uzana bilər - KİV
Moskvadan Səmərqəndə uçan təyyarə Buxarada məcburi eniş edib
Dünya 09:30
Moskvadan Səmərqəndə uçan təyyarə Buxarada məcburi eniş edib
Uitkoff Berlində Avropa liderləri və Zelenski ilə görüşəcək
Dünya 08:58
Uitkoff Berlində Avropa liderləri və Zelenski ilə görüşəcək
Aİ Rusiyanın dondurulmuş aktivlərini bloklayıb
Dünya 23:30
Aİ Rusiyanın dondurulmuş aktivlərini bloklayıb
Qara dənizdə zəlzələ olub
Dünya 21:59
Qara dənizdə zəlzələ olub
Odessa limanında Türkiyəyə məxsus yük gəmisi vurulub
Dünya 20:26
Odessa limanında Türkiyəyə məxsus yük gəmisi vurulub
Zelenski gələn həftə Almaniyaya səfər edəcək
Dünya 18:27
Zelenski gələn həftə Almaniyaya səfər edəcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 18:05
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol