Ət yenidən bahalaşdı

16:18 | 03.03.2015
Ət yenidən bahalaşdı

Ət yenidən bahalaşdı

"Bir müddət əvvəl ətin qiyməti aşağı ensə də, dolların məzənnəsi qalxan kimi ət də bahalaşaraq, 8 manat olub. 

Əslində ətin qiymətinin aşağı salınmasının iqtisadi əsasları yox idi. Bu, yalnız yem bazasının tükənməsilə bağlı idi. Bu gün isə ətin yenidən ucuzlaşmasından söhbət gedə bilməz”.

Bu barədə Modern.az-a kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov məlumat verib.

Mütəxəssis hazırda yarmarkalarda satılan ətin qiyməti və keyfiyyəti məsələsinə də toxunub: "Yarmarkalarda 5 manata təklif edilən ət olduqca keyfiyyətsizdir. Bunlar qoca inək və camış ətidir, keyfiyyəti aşağı olduğu üçün ucuz satılır.

Əslində o ətlər keyfiyyət baxımından 1,5 - 2 manata satılmalıdır. Bu ətlər rayonlardan gətirilir. Çünki xaricdən qoca heyvanı alıb gətirmək riskdir. Bu heyvanlar bir ölkədən digərinə nəql olunmaq üçün dözümlü deyil, yolda tələf olma ehtimalı çoxdur. Yarmarkalarda satılan süd istehsalı üçün yararsız, xəsarət almış, şikəst inəklər və camışların ətidir. Rayonlarda istehlakçılar tərəfindən həmin ətlər tələb olunmur, çünki ordakı əhali ət seçməyi bacarır”.

Ekspertin sözlərinə görə, bizim işbazlar keyfiyyətsiz əti bu sahəyə məsul məmurların, yarmarkanın təşkilatçılarının himayəsi altında yarmarkalara daxil edir. 
Ancaq ayrı-ayrı qəssabların ət dükanlarında müştərilərə təklif etdiyi daha cavan heyvanın əti olduğu üçün daha keyfiyyətli və bahadır.

Bundan sonra ətin qiymətinin ucuzlaşma ehtimalına gəldikdə, deyə bilərəm ki, ciddi enmə gözlənilmir. Çünki Azərbaycanda heyvanların baş sayı kəskin azalıb. Kifayət qədər heyvan yem ehtiyatı görülmədiyi üçün kəsimə verilib. "Ona görə ət ucuzlaşacaq” fikrinin iqtisadi əsası yoxdur. Azərbaycanda ət istehsalı baha başa gəlir, istehsalla məşğul olanlar da gəlir əldə etmək istəyirlər. Heç bir fermer və sahibkar əlində olan məhsulu dəyərindən aşağı satıb özünə zərər vurmaz”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM