Bu gün Kəlbəcərdə xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olan Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və "Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov bir müddət öncə AzTV-yə müsahibə veriblər.
"Qafqazinfo” xəbər verir ki, jurnalist Məhərrəm İbrahimov çıxışında bildirib ki, onlar işğaldan azad olunan kəndlərə daxil olaraq ev-ev, küçə-küçə çəkilişlər aparırlar: "Məktəbləri, sosial obyektlərin hamısını bir-bir lentə alırıq. Foto çəkilir, mən onların qeydiyyatını aparıram. Bundan başqa, hər bir kəndə daxil olanda həmin kənd barəsində ümumi məlumat toplayıram”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !