Etibar Mirzəyev Türkiyəyə getdi

10:51 | 02.08.2021
Etibar Mirzəyev Türkiyəyə getdi

Etibar Mirzəyev Türkiyəyə getdi

Bu gün səhər Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin başçılıq etdiyi nazirliyin məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti Türkiyəyə gedib.


Anews.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.


Məqsəd FHN-in qüvvələrinin koordinasiyalı idarə edilməsidir.


Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə ərazisində baş vermiş meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri hazırda qardaş ölkədə yanğınlarla mübarizə aparır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM