Etimad İsmayılovı güllələyən qatili hansı CƏZA GÖZLƏYİR?

11:50 | 21.09.2018
Etimad İsmayılovı güllələyən qatili hansı CƏZA GÖZLƏYİR?

Etimad İsmayılovı güllələyən qatili hansı CƏZA GÖZLƏYİR?

Xəbər verdiyimiz kimi, Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu və tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşı azərbaycanlı iş adamı Etimad İsmayılov Türkiyənin İstanbul şəhərindəki ofisində güllələnib. Başından 2, sinəsindən 1 güllə yarası alan İsmayılov xəstəxanaya çatıdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Onu qətlə yetirənin azərbaycanlı iş adamı, sabiq polis rəisi Gözəl Dəmirovun olduğu bildirilir. Silahlı hücumu törətməkdə günahlandırılan Gözəl Dəmirov artıq polislər tərəfindən saxlanılıb. İddialara görə, Gözəl Dəmirovun Etimad İsmayılova borcu olub. Hadisə də bu səbəbdən baş verib. Qətli törədən Gözəl Dəmirov da azərbaycanlıdır.

BiG.AZ Gözəl Dəmirovu hansı cəza gözləməsi və onun Azərbaycana verilmə ehtimalı ilə maraqlanıb. 

Bununla bağlı Big.az-a açıqlama verən vəkil Əsabəli Mustafayev bildirib ki, bu planlaşdırılmış qətldir: "İddialara görə, qətlin törədilmə səbəbi iki şəxsin arasında olan pul söhbəti olub. Bu da təbii ki, ağırlaşdırıcı hallardan biridir. Cinayətin törədilməsində tamah və qısasçılıq halları olduğuna görə qatil daha ağır maddə ilə mühakimə olunacaq. Azərbaycan qanunvericiliyinə görə bu cür cinayətkarlara hətta ömürlük həbs cəzası verilir”. 
 
Əsabəli Mustafayev vurğulayıb ki, Gözəl Dəmirovun Azərbaycana verilməsi 2 dövlət arasında olan danışıqlardan asılıdır: "Qatil Azərbaycan vətəndaşı olduğu üçün ölkəmizə verilə bilər. Azərbaycan və Türkiyə arasında hüquqi yardımla bağlı müqavilə də var. Belə olan halda da istintaq və məhkəmə Azərbaycanda aparılacaq. Amma ola bilsin ki, əsas şahidlərin və faktların Türkiyədə olmasına görə proses orada aparıla bilər. Hər iki hal mümkün ola bilər. Qanunvericiliyimizdə də var ki, Azərbaycan vətəndaşı ölkəmizdə mühakimə olmalıdır. Təbii ki, bu, hər iki ölkənin hüquq-mühafizə orqanları arasında aparılacaq danışıqlardan asılı olacaq. Gözəl Dəmirov Türkiyədə mühakimə olunsa da ağır cinayət törətdiyinə görə ona ömürlük həbs cəzası verilə bilər”. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM