"Etimad İsmayılovun nəşinin türk bayrağına bürünməsi protokol qaydaları əsasında edilib".
Anews.az xəbər verir ki, bunu "Qafqazinfo"ya açıqlamasında mərhumun yas mərasimində iştirak edənlər deyib.
Bildirilir ki, tabutun Türkiyə bayrağına bürünməsi sözügedən ölkənin protokol qaydasına görədir. Türkiyə dövləti önəmli şəxslərin vida mərasimini bu formada keçirir.
Qeyd edək ki, E. İsmayılov atasının rəhbərlik etdiyi Ədalət Partiyasında birinci müavin vəzifəsini tutub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !