Etirazçılar prezidenti devirdilər

12:52 | 01.11.2014
Etirazçılar prezidenti devirdilər

Etirazçılar prezidenti devirdilər

Burkina Fasoda prezident Blaise Compaore özünün 27 illik hakimiyyətini uzatmaq cəhdlərinə qarşı kütləvi etiraz aksiyalarının təzyiqi altında istefa verib.

Hazırda bu Qərbi Afrika ölkəsində hakimiyyət boşluğunu hərbiyyənin ələ keçirmək istədiyi xəbər verilir.Keçmiş hərbçi Compaore 1987-ci ilin hərbi çevrilişindən bəri ölkəyə rəhbərlik edirdi.Onun hakimiyyətini uzatmaq cəhdinə qarşı kütləvi küçə etirazları nəticəsində parlament binası yandırılıb və dövlət televiziyası talan edilib.Ölkədən alınan son xəbərlərdə deyilir ki, ölkəyə başçılıq etmək üçün həm komandan, general Honore Traore, həm də prezident qvardiyasının rəhbəri polkovnik-leytenant Issaac Zida iddialıdırlar.63 yaşlı prezidentin gələn il keçiriləcək seçkilərdə iştirak niyyətini elan etməsi səbəbilə başlanan etirazlar və toqquşmalarda üç nəfər olub, çox sayda vətəndaş yaralanıb.Xəbərlərdə deyilir ki, prezidenti aparan karvan qonşu Qanaya istiqamət götürüb.Prezidentin istefa xəbəri Uqaduqunun tozlu küçələrində kütləvi rəqslərlə qeyd olunub.Burkina Faso 1960-cı ildə müstəqil olandan bəri ölkəyə 7 dəfə hərbçi rəhbərlik edib.Prezidentin hakimiyyəti uzun müddət əldən verməməsini onun sonrakı mühakimədən qorxması ilə əlaqələndirirlər.O özündən əvvəlki prezident Thomas Sankaranın ölümü ilə nəticələnmiş hərbi çevrilişin başçısı olub.Müstəqilliyə qədər Yuxarı Volta adı ilə tanınan Burkina Faso Afrikada Qərbin əl-Qaedaya qarşı mübarizədə müttəfiqi hesab olunur. (azadlıq.org)

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM