Keçən il Türkiyədə qalmaqallara səbəb olan Taksim meydanının gələcək eskizlərinin fotoları yayılıb. Bu şəkilləri İstanbul bələdiyyəsinin sədri Kadir Topbaş öz twitter səhifəsində paylaşıb. Mart ayında tender mərhələsinin başa çatacağını bildirən Topbaş, bundan sonra yaşıllaşdırma işlərinin başlayacağını qeyd edib. “Taksimə böyük investisiya qoyduq. Tikintisi başa çatmayan piyada keçidi var. Tıxac probleminin həlkli üçün də böyük addımlar atılıb. Tender barədə təkliflər verilib və dəyərləndirmə aparırıq. Martın əvvəlində tender keçiriləcək. Yaşıllığı ilə, mümkün mərtəbə çox ağacları olan və çiçəkləndirilmiş yeni bir Taksim görəcəksiniz”. Xatırladaq ki, keçən il may ayının 30-da İstanbulun Taksim meydanında yerləşən “Gəzi Parkı”nda ağacların kəsildiyi irəli sürülərək bütün ölkəni əhatə edən etiraz aksiyası başlamışdı. Aksiya aylarla davam etmişdi və bununla bağlı başladılan istintaq araşdırmaları hələ də davam edir.//Anspress
Bizi sosial şəbəkələrdə izləyin !