Nazirlər Kabineti "Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə”də dəyişikliklər edib.
APA-nın məlumatına görə, dəyişikliklər fonda daxil olma mənbələri ilə bağlıdır. Dəyişikliyə əsasən Fondun formalaşdığı daxilolmalar sırasına qrantlar və yaşıllıqların götürülməsinə (kəsilməsinə), zədələnməsinə və ya məhv edilməsinə görə ödənilən bərpa dəyəri daxil edilib.
Fondun yaradılmasında əsas məqsəd ətraf mühitin mühafizəsində təxirəsalınmaz tədbirlərin görülməsi, ona vurulan zərərin aradan qaldırılması, ekoloji cəhətdən səmərəli yeni layihə və texnologiyaların işlənilməsi, tətbiqi, təbii ehtiyatlardan səmərəli istifadə olunması, təbiəti mühafizəsinin iqtisadi stimullaşdırılma məsələlərinin həllini təmin etməkdən, habelə ətraf mühitin mühafizəsi sahəsində digər tədbirlərin maliyyələşdirilməsindən ibarətdir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !