«Euro-4» standartına cavab verməyən avtomobillərin idxalı dayanır

17:28 | 15.01.2014
«Euro-4» standartına cavab verməyən avtomobillərin idxalı dayanır

«Euro-4» standartına cavab verməyən avtomobillərin idxalı dayanır

 Aprelin 1-dən «Euro-4» ekoloji standartının tələblərinə cavab verməyən avtomobillərin Azərbaycana idxalı qadağan olucanaq.«APA-Economics»in məlumatına görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sadiq Abdullayev bildirib.Onun sözlərinə görə, yeni standartın tətbiqi Azərbaycan prezidentinin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin son iclasında ekologiyanın qorunması, vətəndaşların sağlamlığı və ekoloji təhlükəsizliyinin etibarlı təminatı ilə bağlı ölkə başçısı tərəfindən verilən tapşırığa uyğun olaraq həyata keçirilir. «Azərbaycanda gedən inkişaf standartlarına uyğun olaraq, ölkəmiz «Euro-3» standartına keçmədən birbaşa «Euro-4»ə keçib», - deyə S.Abdullayev qeyd edib. Qeyd edək ki, Nazirlər Kabineti ölkə ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycanda istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin «Euro-4» ekoloji normalarına uyğunlaşdırılması barədə qərar qəbul edib.Qəbul olunan qərara əsasən, avtonəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə ölkə ərazisində dövriyyəyə buraxılan (idxal və yerli istehsal) avtonəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələr üzrə aprelin 1-dən «Euro-4» ekoloji normaları tətbiq ediləcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb