Avstriyanın Vyana şəhərində keçiriləcək “Eurovision-2015” mahnı müsabiqəsinin biletlərinin noyabrın ortasında satışa çıxarılacağı gözlənilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə mahnı müsabiqəsinin saytında məlumat var. Yarışmanın biletlərinin müxtəlif provayderlər vasitəsilə sifarişinin mümkünlüyünə dair fikirlər yayılsa da, Avstriyanın ORF İctimai Yayım Şirkəti bunu hələ təsdiqləməyib.
Bildirilib ki, biletlərin rəsmi satış partnyoru ORF İctimai Yayım Şirkəti tərəfindən hələ seçilməyib.
Hazırda təşkilatçılar biletlərin noyabrın ortasında satışa çıxarılacağını gözləyirlər.
“Eurovision-2015” mahnı müsabiqəsinin I və II yarımfinalı müvafiq olaraq mayın 19 və 21-də, final mərhələsi isə 23-də keçiriləcək.
Qafqazinfo.az
Bizi sosial şəbəkələrdə izləyin !