"Eurovision 2019"un açılışı oldu: Azərbaycan təmsilçisinə böyük diqqət - FOTO - VİDEO

20:12 | 13.05.2019

"Eurovision 2019"un açılışı oldu: Azərbaycan təmsilçisinə böyük diqqət - FOTO - VİDEO

Ötən gün İsrailin Tel-Əviv şəhərində "Eurovision 2019" mahnı müsabiqəsinin açılış mərasimi baş tutub.

News24.az xəbər verir ki, Habima meydanında gerçəkləşən tədbirdə 41 ölkənin təmsilçiəri və nümayəndə heyəti narıncı xalı üzərindən keçiblər. 
Açılış mərasimi saat 19:00-da start götürüb. Gecədə ötən ilin qalibi NETTA, "Eurovision 2018"in ikincisi Eleni Foureira həmçinin, musiqi müsabiqəsində iştirak etmiş  Mans Zelmerlou, Konçita Vürst, Verka Serduçka və Dana İnternational iştirak edib.

Açılış mərasimində iştirakçıları Tel-Əviv şəhərinin meri Ron Huldai və həyat yoldaşı salamlayıb. "Narıncı xalı”nı izləməyə gələn "Eurovision" fanatları arasında Çingiz Mustafayevə olan maraq diqqət çəkib. Yarışmanın digər iştirakçıları isə təmsilçimizin mahnısını və özünü çox bəyəndiklərini bildiriblər. 

Albaniya təmsilçisi Jonida Maliqi Ç.Mustafayev haqda News24.az-a danışarkən onu çox bəyəndiyini və ifasından məmnun olduğunu deyib. 
Fransa təmsilçisi Bilal Hassani də həmkarının fikirlərinə şərik çıxıb. O da Azərbaycan təmsilçimizin ifası haqda xoş sözlər deyib və belə bir rəqibi olmasından məmnun olduğunu bildirib. 

Kipri "Replay" mahnısı ilə tanıtdıran Tamta isə Çingiz Mustafayev haqda daha sıcaq və səmimi danışıb: "Bu yarışmaya qatılan ən yaxşı iştirakçıdır. Sevimli qonşularıma ən yaxşı arzularımı diləyirəm".
Xalı üzərindən keçən Çingiz Mustafayev açıqlamasında səhnədə həqiqətləri söyləyəcəyini bildirib. O, eyni zamanda final mərhələsinə gəlib çıxmağın özünün də böyük uğur olduğunu qeyd edib. 

Narıncı xalıda diqqətçəkən bir məqam da Britaniya təmsilçilərinin Azərbaycana münasibətiydi. Onlar hər fürsətdə ölkəmizə olan böyük sevgilərini göstəriblər. Məkana daxil olandan əllərində Azərbaycan bayrağı ilə gəzən iştirakçılar, bayrağı son ana qədər əllərindən yerə qoymayıblar.
Ukraynada baş verən verən "Eurovision" qalmaqalından sonra ölkə bu il yarışmaya qatılmaqdan imtina edib. Lakin buna baxmayaraq, ukraynalı parodiya ustası və müğənni Verka Serduçka açılış mərasimində böyük maraqla qarşılanıb. 

V.Serduçkanın açılış mırasiminə qatılmasına səbəb isə "Eurovision 2019"un final günündı ötən ilin qalibi NETTA ilə "Toy" mahnısını birgə oxumasıdır. Həmin gün yarışmanın 2014-cü il qalibi Konçita Vürst 2015-ci ilin qalibi Mans Zelmerlounun "Heroes" mahnısı, M.Zelmerlou isə Kiprin ötən ilki bəstəsini ifa edəcək. 2018-ci ildə Kipri tımsil edərək 2-ci pillədə qərarlaşan Eleni Foureira Verka Serduçkanın "Dansing Lasha Tumbai" mahnısını səsləndirəcək.

Qeyd edək ki, "Eurovision 2019"da I yarımfinal mayin 14-ü, II yarımfinal 16-sı, final isə 18-i keçiriləcək. Təmsilçimiz Çingiz Mustafayev 16 may tarixində 18 nömrə altında səhnəyə çıxaraq II yarımfinalın bağlanışını edəcək.
 
 
 





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM