Eurovision 2019"un I yarımfilnalı baş tutdu - Finala keçən ölkələrin SİYAHISI

10:04 | 15.05.2019
Eurovision 2019

Eurovision 2019"un I yarımfilnalı baş tutdu - Finala keçən ölkələrin SİYAHISI

14 may tarixində "Eurovision 2019" mahnı müsabiqəsinə start verilib.

Anews.az xəbər verir ki, İsrailin Tel-Əviv şəhərində keçirilən yarışmanın I yarımfilnalı olub.

Final mərhələsinə keçmək uğrunda 17 ölkənin - Kipr, Monteneqro, Finlandiya, Polşa, Sloveniya, Çexiya, Macarıstan, Belarus, Serbiya, Belçika, Gürcüstan, Avstraliya, İslandiya, Estoniya, Portuqaliya, Yunanıstan və San-Marino təmsilçiləri mübarizə aparıb. 

10 ölkə - Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San-Marino, Sloveniya təmsilçiləri finala vəsiqə qazana biliblər. Mahnı müsabiqəsi Azərbaycan dilində aparıcı və bəstəkar-müğənni Murad Arif tərəfindən şərh olunur. 

Qeyd edək ki, Azərbaycanı Çingiz Mustafayev 16 may tarixində keçiriləcək II yarımfinalda 18 nömrə altında "Truth" mahnısı ilə təmsil edəcək.

Müsabiqənin finalı 18 may tarixində baş tutacaq.(baku.ws)
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb