Bu il "Eurovision” mahnı müsabiqəsində yeni qayda tətbiq edilib. "Qafqazinfo” xəbər verir ki, beynəlxalq layihədə iştirak edən müğənnilərin hamısı DNT analizi verib.
Bu barədə yarışmada Rusiyanı təmsil edən Sergey Lazarev məlumat verib. O bildirib ki, layihənin sponsorlarından birinin təklifi ilə belə addım atılıb. Buna səbəb iştirakçıların hansı millətə məxsus olduğunu müəyyənləşdirməkdir.
"Bütün iştirakçılar analiz veriblər. Hətta onlar KİV-də analizin nəticələrinin yayılmasına dair razılığa gəliblər. Düşünürəm ki, bu, hamının bir olduğunu göstərmək üçün atılmış bir addımdır”- deyə Sergey bildirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !