Müştərilər üçün fərqli üstünlüklər yaradan Azərbaycan
Beynəlxalq Bankı daha bir sərfəli məhsulu bazara təqdim edib. Ölkəmizdə bir ilk
olan bu məhsul "Əmanətli ipoteka krediti” adlanır. Bu məhsul həm müştərilərin ölkənin
etibarlı bankında sərfəli şərtlərlə yığım əmanəti yerləşdirməsinə və ipoteka
kreditinin ilkin ödənişini toplamasına şərait yaradır, həm də güzəştli şərtlərlə
mənzil almaq ehtiyacını təmin edir.
Müştəri Azərbaycan Beynəlxalq Bankında "Əmanətli
ipoteka krediti” hesabı açaraq ora hər ay müəyyən məbləğdə vəsait yerləşdirir. Hesaba
mədaxil edilən aylıq yığım məbləği minimum 300 manat olmalıdır. Hesabda toplanmış
vəsaitlərə əmanət şərtlərinə uyğun illik faizlər hesablanır.
Əmanət müqaviləsi müştərinin istəyindən asılı
olaraq 12, 24 və 36 ay müddətinə bağlanır. Müştəri bu müddətdə vəsaitlərini
etibarlı bankda qoruyub eyni zamanda əmanət müddətinin sonunadək yığım məbləğini
ödəmək imkanı ilə faiz gəlirləri əldə edir. Əmanət müddəti başa çatdıqdan sonra
isə yığılmış əmanətlə istədiyi mənzilin dəyərinin bir hissəsini ilkin ödəniş
qismində ödəmək imkanına malik olur. Üstəlik, ipoteka kreditini almaq üçün güzəştli
şərtlərdən faydalanmaq imkanı da qazanır.
Belə ki, bu məhsuldan faydalanan müştəri ipoteka
kreditini 10%-dən başlayan ilkin ödənişlə və endirimli illik faiz dərəcəsi ilə (9%-dən
başlayaraq) əldə edir. İpoteka kreditinin maksimum məbləği 300.000 manatdır. Kreditin
rəsmiləşdirilməsi zamanı komissiya haqqı tutulmur. "Əmanətli ipoteka krediti”ndən
əmək haqqı alan və aylıq yığım imkanına malik olan hər kəs faydalana bilər.
Məhsul haqqında daha
ətraflı məlumatı buradan əldə etmək və kalkulyator vasitəsilə hesablama aparmaq olar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !