Ev dustağı olan Musəvi ailəsi ilə görüşdü

09:06 | 02.12.2013
Ev dustağı olan Musəvi ailəsi ilə görüşdü

Ev dustağı olan Musəvi ailəsi ilə görüşdü

İran müxalifətinin liderlərindən olan və üç ildən artıq ev dustaqlığında saxlanılan Mirhüseyn Musəvi və həyat yoldaşı Zəhra Rəhnəvərd ailə üzvləri ilə görüşüblər. APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, görüş yaxınlarının onların vəziyyətindən iki həftə xəbərsiz qalmasından sonra baş tutub. Görüşdə İranda Həsən Ruhaninin hökumət başına gəlməsinin yüzüncü günü münasibətilə dövlət televiziyasına verdiyi müsahibənin detalları əsas müzakirə mövzusu olub. Qeyd edək ki, İran müxalifətinin liderlərindən olan Mirhüseyn Musəvi və onun həyat yoldaşı Zəhra Rəhnəvərd ev dustaqlığında, M.Kərrubi İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinə (ETTELAT) məxsus xüsusi təcrid evlərindən birində saxlanılır. Onların həbsdə saxlanılmalarının artıq min günü tamam olub. Ailəsi İran prezidenti Həsən Ruhanidən M. Kərrubinin ETTELAAT-dan öz evinə dustaqlığa köçürülməsini xahiş edib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti