Nazirlik daha 5 rayonda çoxmənzilli yaşayış evlərini əlil və şəhid ailələrinə təqdim edəcəkƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) bu ilin sonunadək daha 5 rayonda çoxmənzilli yaşayış evlərini əlil və şəhid ailələrinə təqdim edəcək.ƏƏSMN İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, bu ilin ötən dövründə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən respublikamızın müxtəlif bölgələrində 118 əlil və şəhid ailəsi mənzillə təmin edilib.Hazırda ƏƏSMN-nin sifarişi ilə Goranboy, Tərtər, Beyləqan və İmişli rayonlarının hər birində 6 mərtəbəli 54 mənzilli, Şamaxı rayonunda isə 4 mərtəbəli 36 mənzilli yaşayış evlərinin tikintisi işləri aparılır. İlin sonunadək həmin çoxmənzilli yaşayış evlərinin Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin istifadəsinə verilməsi nəzərdə tutulur. Mənzillər nazirliyin rəsmi internet saytında (www.mlspp.gov.az) ictimaiyyətə açıqlanan növbəlilik siyahısı əsasında əlil və şəhid ailələrinin istifadəsinə veriləcək.Xatırladaq ki, Azərbaycan Respublikası prezidentinin 2014-cü il 20 iyun tarixli sərəncamına əsasən, bu ilin 1 yanvarınadək mənzil növbəsinə götürülmüş əlil və şəhid ailələri 2014-2018-ci illərdə mərhələli şəkildə mənzillərlə, o cümlədən kənd rayonlarında fərdi evlərlə təmin olunacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !