Evləri plana düşən sakinlərlə iş adamları arasındakı narazılıq - VİDEO

10:24 | 25.12.2013
Evləri plana düşən sakinlərlə iş adamları arasındakı narazılıq - VİDEO

Evləri plana düşən sakinlərlə iş adamları arasındakı narazılıq - VİDEO

Evi plana düşən o qədər insan var ki, söküləcək evləri üçün verilən kompensasiya ilə razılaşmırlar. Evləri sökülənlər bildirir ki, evin kvadratına görə az pul verilməsi sonradan onlara problem yaradır. Şəhərin mərkəzində yaşayanlar istədikləri yerdə ev almaqda çətinlik çəkirlər. Min bir əzab əziyyətlə qurduqları şəraiti başqa bir yerdə qurmaq onlara əməlli-başlı problem olur. Belə olan halda sakinlərlə iş adamları arasında anlaşılmazlıq yaranır.Əmək hüquqları müdafiəsi liqasının sədri Sahib Məmmədovun sözlərinə görə, sakinlərin evləri sökülərkən iş adamları ilə ev sahibləri arasında razılıq yəni bir sözlə halallıq olmalıdır. Yalnız razılığa gəldikdən sonra sakinlərin evinin sökülməsinə icazə verilə bilər.2012-13 cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafina dair dövlət proqramının icrasının yekunlarına həsr olunmuş konfransda çıxış edən respublika prezidenti İlham Əliyev iş adamlarının evlərini sökdüyü sakinlərlə razılaşma əldə olunmasını mühüm amil kimi vurğulayıb.Sonda isə ümid qalır evləri sökülən sakinlərin sahibkarların onlara etdiyi təkliflə razılaşmağa. Hər halda razılaşmanın hansı məbləğ müqabilində əldə olunmasına baxmayaraq məsələnin dinc yolla həlli daha vacibdir.//Anspress
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti