"Gömrükdə və vergidə baş verən dəyişikliklərdən sonra biz müşahidə etdik ki, bizim korporativ müştərilərimizin hesablarında həm ümumi dövriyyə ilə bağlı, həm də vergi – gömrük məsələləri ilə bağlı ödənişlərin sayı artıb. Bu da onu göstərir ki, islahatlar öz nəticələrini veriər və bu çox yaxşı haldır. Biz öz daxili strategiyamızı da ona uyğunlaşdırırıq ki, zamanla hər bir müştərinin hesabında rəsmi dövriyyə artsın. Ancaq hər bir dəyişiklik, hər bir islahat öz keçid dövrünü yaşamalıdır və buna görə də bazara uyğunlaşma zaman alacaq”, – deyə Həsənov bildirib.
Anar Həsənov deyib ki, plastik kartların inkişaf tempinə nəzər yetirsəniz, görərsiniz ki, maaş layihələri çox ciddi şəkildə artıb.
"Müqayisə edin bir şirkəti, görəcəksiniz ki, əvvəlki
illərə nisbətən maaş kartı ilə nə qədər dövriyyə əldə edib. Plastik
kartların inkişaf tempinə nəzər yetirsəniz, görərsiniz ki, maaş layihələri çox
ciddi şəkildə artıb. Eyni zamanda, şirkətlərin rəsmi hesablarında
olan dövriyyələr çox ciddi şəkildə artıb. Əvvəllər müştəriləri bank sektoruna cəlb
etməkdən ötrü çox əziyyət çəkirdik, vaxt itirirdik, ancaq son islaharlardan
sonra artıq insanlar özləri banklara üz tuturlar, bank seçirlər”, - deyə Həsənov əlavə edib.
Idarə heyyəti sədri qeyd edib ki, insanlar əmindirlər ki, hətta banklara nəsə olsa belə, dövlət onların əmanətlərini sığortalayır.
"Məncə depozitlərin bu qədər sürətlə artması ham ümumi iqtisadi stabilliyin, həm də, depozit sığortalama fondunun bir il daha uzadılmasının nəticəsidir. Insanlar öncə banka inansalar da həmçinin əmindirlər ki, hətta banka nə isə olsa belə, dövlət onların əmanətlərini sığortalayır”, - Həsənov qeyd edir.
Access bankın idarə heyəti sədri Anar Həsənov müştərilərin daha çox hansı kreditlərə maraq göstərməsindən də danışıb.
O, qeyd edib ki, 2000-ci ilin ortalarında kiçik sahibkarlıq daha çox kreditə yönəlik idi, hal-hazırda o dinamikanı biz bir daha görürük.
"2015-ci ildə istehlak tələbi yox idi deyə, bütün biznesi saxlamışdılar. O zaman sahibkarlar bizneslərinin inkişafını yox, pullarını çıxartmaq haqqda düşünürdülər. Ancaq hal-hazırda bu dəyişib. İstehlak tələbi var deyə, yenidən o biznesdə olan kapital artırılır”, - deyə Həsənov əlavə edib.
Anar Həsənov qeyd edib ki, hal-hazırda kreditlərin 97%-i manatladır.
Onun sözlərinə görə, dolların bahalaşmısandan sonra banklarda dollar kreditləri ilə, manat kreditlərinin faizləri yaxınlaşıb.
"Hamımız bilirik ki, manatın 2015-ci ilə qədər ildən-ilə gücləndirilməsi müştərilərin kreditlərini dollarla götürməsinə şərait yaradırdı. Dolların bahalaşmısandan sonra banklarda dollar kreditləri ilə, manat kreditlərinin faizləri yaxınlaşdı. Devalivasiyanın belə nəticələrə gətirib çıxaracağına nə banklar, nə də müştərilər hazır idilər. Ancaq bizim hal-hazırda verdiyimiz kreditlərin 97%-i manatladır” – deyə o bildirib.
Həzi
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !