Əvvəlki illərin məzunları hansı qaydada imtahan verəcək? – DİM AÇIQLADI

17:08 | 03.06.2020
Əvvəlki illərin məzunları hansı qaydada imtahan verəcək? – DİM AÇIQLADI

Əvvəlki illərin məzunları hansı qaydada imtahan verəcək? – DİM AÇIQLADI

"Əvvəlki illərin və cari ilin məzunları 9 iyuna qədər ərizə qəbulunda iştirak etməlidirlər”.

Bunu Anews.az-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadə deyib.

Sözçü bildirib ki, əvvəlki illərin məzunları da adi qaydada abituriyentin elektron ərizə formasını doldurub, təsdiq etməlidirlər:

"Yəni bu, həm əvvəlki illərin, həm də cari ilin məzunlarına aiddir. Daha sonra isə əvvəlki illərin məzunları üçün qəbul imtahanının birinci mərhələsi keçiriləcək. Bu imtahan tarixləri hələ ki, bəlli deyil və elan olunacaq. Bu prosesdən sonra ikinci mərhələdə iştirak edəcək və ixtisas qrupları üzrə imtahan verəcəklər. Ərizə qəbulunda isə indi iştirak etmək lazımdır. Ərizə qəbulu iyun ayının 9-na qədər davam edəcək. Bu müddət 5 iyun tarixinə qədər idi. Ancaq sonradan 9 iyuna qədər uzadıldı”.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM