“Exim Bank”ı Qarabağın bərpasına vəsait ayırmaq istəyir

11:47 | 03.02.2022
“Exim Bank”ı Qarabağın bərpasına vəsait ayırmaq istəyir

“Exim Bank”ı Qarabağın bərpasına vəsait ayırmaq istəyir

"Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirak etməyə hazırıq”.
 
Bunu Macarıstanın "Exim Bank”ının regional direktoru Robert Grillijov deyib.
 
O, bu barədə Bakıda keçirilən Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclasında danışıb.
 
"Biz bərpa ilə bağlı təcrübəmizi Qarabağda da tətbiq etməyə hazırıq. Ümumiyyətlə isə macar şirkətlərinin fəaliyyətinin qlobal miqyasda genişlənməsini qarşımıza məqsəd qoymuşuq”, - deyə bank rəsmisi qeyd edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb