Çexiya Azərbaycandan qaz almaq niyyətindədir

23:08 | 07.06.2023
Çexiya Azərbaycandan qaz almaq niyyətindədir

Çexiya Azərbaycandan qaz almaq niyyətindədir

Çexiya Azərbaycandan 1 milyard kubmetrədək qaz almaq niyyətində olduğunu bildirib. Bu barədə Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Milan Sedlaçek bildirib.  

Hazırda Çexiya öz müəssisələri  üçün nefti  Azərbaycan  Dövlət Neft Şirkətinin (SOCAR) uzunmüddətli tərəfdaşı olan Polşanın PKN Orlen şirkətindən alır.

Qaz idxalı  ilə bağlı danışıqlar isə davam edir. Belə ki, Çexiya Azərbaycana ildə 1 milyard kubmetrə qədər qazalmaq niyyətində olması barədə rəsmi müraciət edib.
 
İyunun 2-də Bakıda səfir Sedlacek və SOCAR prezidenti Rövşən Nəcəf görüşüb. Texniki cəhətdən çətin olsa da, hazırda Azərbaycandan Çexiyaya qaz nəqlinin bir neçə variantı araşdırılır.

Əgər uğurlu olarsa, Azərbaycandan qaz tədarükü Çexiyanın qaz ehtiyacının təxminən 10 faizini ödəyə bilər.

Çexiya hazırda  qaza lan ehtiyacını  ABŞ-dan aldığı mayeləşdirilmiş təbii qaz və Norveç qazı hesabına ödəyir. 

Çexiya hökuməti SOCAR ilə davam edən danışıqların müsbət nəticələrə gətirib çıxaracağına nikbin yanaşır.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb