Çexiya xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Petr Drulak APA-ya açıqlamasında prezidentin sentyabrın ortalarında Azərbaycana gələcəyini deyib: "Hesab edirəm, səfər 15-17 sentyabr arası gerçəkləşəcək”.
P. Drulak əsas müzakirələrin iqtisadi əməkdaşlıq istiqamətində olacağını bildirib: "Çexiya şirkətlərinin Azərbaycanı daha da müasirləşdirmək üçün hansı imkanları təqdim edə biləcəkləri nəzərdən keçiriləcək. Bu müasirləşdirməyə xüsusilə nəqliyyat infrastrukturu, kənd təsərrüfatı, enerji sahələri daxildir. Biz imzalanmaq üçün kənd təsərrüfatı və elmlər akademiyaları sahəsində memorandumlar hazırlamışıq. Bu sənədlərin səfər müddətində müvafiq qurumlar arasında imzalanması planlaşdırılır”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !