Çexiyalı futbolçu: "Qarabağ"la oyun çox vacibdir"

19:30 | 18.09.2021
Çexiyalı futbolçu:

Çexiyalı futbolçu: "Qarabağ"la oyun çox vacibdir"

"Qol vurmaq və qələbə qazanmaq üçün şanslarımız oldu".

Bunu Kiprin "Omoniya" klubunun futbolçusu Yan Letsyaks UEFA Konfrans Liqasının qrup mərhələsinin I turunda Qazaxıstanda "Kayrat"la qolsuz he-heçə etdikləri oyun barədə danışarkən deyib.

31 yaşlı çexiyalı müdafiəçi bildirib ki, bir xalı da yaxşı nəticə hesab etmək olar: "Evə bir xalla qayıtdıq. Qol vurmaq üçün fürsətlər əldə etsək də, son nöqtəni qoya bilmədik. İsveçrə "Bazel"i qrupumuzun favoritidir. Digər üç komanda da pley-offa vəsiqə uğrunda mübarizə aparacaq. "Qarabağ"a qarşı növbəti matçımız çox vacibdir".

Sentyabrın 30-da keçiriləcək "Omoniya" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Ağdam təmsilçisi ilk turda evdə "Bazel"lə qolsuz heç-heçəyə razılaşıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb