Çexiyanın yeni prezidentinin andiçmə mərasimi martın 9-da keçiriləcək

23:30 | 28.01.2023
Çexiyanın yeni prezidentinin andiçmə mərasimi martın 9-da keçiriləcək

Çexiyanın yeni prezidentinin andiçmə mərasimi martın 9-da keçiriləcək

Çexiyanın yeni seçilmiş prezidenti Pyotr Pavelin andiçmə mərasimi martın 9-da Praqa qəsrində baş tutacaq.

Bu barədə Çexiya televiziyası ölkə parlamentinin Deputatlar Palatasının spikeri Marketa Pekarov-Adamova istinadən məlumat yayıb.

Istefada olan general, NATO Hərbi Komitəsinin keçmiş rəhbəri Pyotr Pavel Çexiyada keçirilən prezident seçkilərinin ikinci turunda qələbə qazanıb.
 
Çexiyanın Baş naziri Petr Fiala ölkədə keçirilən prezident seçkilərində Pavelin qələbəsini təsdiqləyib. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM