Çexlər Sarkisyana çətin anlar yaşatdı

16:25 | 04.02.2014
Çexlər Sarkisyana çətin anlar yaşatdı

Çexlər Sarkisyana çətin anlar yaşatdı

Ermənistan prezidenti Serj Sarkisyan Çexiya nəşri "Lidové noviny"ya müsahibə verib. ANS PRESS-in məlumatına görə, çex jurnalistin sualları qarşısında çətin anlar yaşayan Serj Sarkisyan "Dağlıq Qarabağ müstəqil respublikadırmı" sualına birbaşa cavab verməkdən yayınıb. Suala cavab vermək əvəzinə Ermənistan prezidenti jurnalisti Qarabağa dəvət edərək özünün Dağlıq Qarabağın müstəqil respublika olub-olmamasını görməsini tövsiyyə edib. Jurnalistin nəyə görə, "Ermənistanın Azərbaycan ərazisinin bir hissəsini nəzarətdə saxlayır?" sualına isə Serj Sarkisyan Ermənistanın regionda sülhsevər dövlət olması və Dağlıq Qarabağda sülh yaratmaqda maraqlı olduğu cavabını verib. Serj Sarkisyanın Ermənistanın regionda sülhə nail olmaq istəyi olması kimi fikir səsləndirməsindən sonra çex jurnalist Ermənistanda Rusiyanın hərbi bazasının yerləşdirilməsini xatırladaraq və bu bazanındamı regionda sülhə hesablandığı barədə sual verib. Serj Sarkisyan isə Rusiya bazasının Ermənistanın təhlükəsizliyi məqsədilə yaradıldığını bildirib. Qeyd edək ki, bir neçə gün əvvəl də Ermənistan prezidenri Serj Sarkisyan Praqada çexiyalı həmkarı Miloş Zemanla görüşündən sonra mətbuat konfransında da çətin anlar yaşamışdı. Mətbuat konfransında jurnalistlər Ermənistanın Gömrük İttifaqına girmək istəyində niyə belə tələskənlik göstərilməsi barədə suallar veriblər. Həm də iddia ediblər ki, Gömrük İttifaqına təşəbbüs qaldırmış Rusiya Ermənistanın sərhəd rayonlarında gedən atışmanı guya yetərincə laqeydliklə izləyir və Kollektiv Təhlükəsizlık Müqaviləsi Təşkilatında Ermənistanın müttəfiqi olduğu halda Azərbaycana çağdaş silahlar satır. Sarkisyan isə buna cavab olaraq bildirib ki, bu qərar ölkənin milii maraqları əsasında verilib, ona görə də qərarı mümkün olduqca tez gerçəkləşdirmək lazımdır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM