Eyni anda bir neçə rayon silkələndi - ZƏLZƏLƏ

11:15 | 04.10.2014
Eyni anda bir neçə rayon silkələndi - ZƏLZƏLƏ

Eyni anda bir neçə rayon silkələndi - ZƏLZƏLƏ

Bu gün səhər Qəbələ rayonunda zəlzələ baş verib.Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, zəlzələ yerli vaxtla saat 09:59:33-də Qəbələdən 13 km şimali-şərqdə qeydə alınıb. Yeraltı təkanın dərinliyi 5 km olub. 

Zəlzələ episentirdə 6 bal, Qəbələdə 5 bal və respublikanın əksər rayonlarında  4-3 bala qədər hiss olunub.

Bu dəqiqələrdə Gədəbəy, Zərdab və Göyçay rayonlarında zəlzələ baş veribRayon sakinlərinin AzNews.az-a verdikləri məlumata görə, onlar zəlzələni bir neçə dəqiqə öncə hiss ediblər.Onlar bildirib ki, ərazidə heç bir dağıntı və tələfat qeydə alınmayıb. Qeyd edək ki, səhər saatlarında yeraltı təkanlar Qəbələ və Şəki sakinlərini də qorxuya salıb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM