“Əziz Azərbaycanımızın Çanaqqalada verdiyi şəhidlər bizə əmanətdir”

13:49 | 18.03.2015
“Əziz Azərbaycanımızın Çanaqqalada verdiyi şəhidlər bizə əmanətdir”

“Əziz Azərbaycanımızın Çanaqqalada verdiyi şəhidlər bizə əmanətdir”

Türkiyənin baş naziri Əhməd Davudoğlu Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə bu şəhərin stadionunda keçirilən mərasimdə çıxış edib.

APA-nın Çanaqqalaya ezam olunmuş Türkiyə müxbirinin xəbərinə görə, Ə. Davudoğlu Qazı Mustafa Kamal və Çanaqqalada həyatını itirən şəhidlərin ruhu qarşısında baş əydiyini bildirib: "Allah sizdən razı olsun. Bu torpaqlara müstəqillik, birlik və bərabərlik toxumlarını sizlər əkib getdiniz. Əmanətinizin indi daha güclü əllərdə olduğuna əmin olun. Əziz Azərbaycanımızın Çanaqqalada verdiyi şəhidlər bizə əmanət olduğu kimi, bir necə ay qabaq baş nazir kimi Bakıya gedərkən ziyarət etdiyim Nuri paşanın, Qafqaz İslam Ordusunun şəhidləri də Azərbaycanımıza əmanətdir. Mənsub olduğumuz coğrafiyanın hər bir evində Çanaqqala zəfərinin xatirəsi var”.
 
Baş nazir Davudoğlu çıxışını bitirdikdən sonra mərasimdə iştirak edən məktəblilərlə salamlaşaraq onlarla fotolar çəkdirib. 

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM