Adı danışılmış oyunlarda hallanan və istintaqa cəlb olunan "Fənərbaxça" klubunun prezidenti Əziz Yıldırım Yarğıtay məhkəmsinin onun haqqında verdiyi qərara münasibət bildirib.Qol.Az-ın məlumatına görə, Fransa mətbuatına danışan klub prezidenti qərara hörmət etmədiyini bildirib: "Vicdanm təmizdir, həpsə gedirəm. Vaxt gələcək, "Fənərbaxça"nın haqlı olduğu üzə çıxacaq. Yenidən mühakimə olsa, məmnuniyyətlə qarşılayaram".Xatırladaq ki, məhkəmə Ə.Yıldırıma 6 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası vermişdi. Lakin o, Yarğıtayın qərarına qədər azadlığa buraxılmışdı.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !