Şirkət 10 il ərzində dünyada bir ay ərzində 1,23 milyard istifadəçisi olan ən böyük sosial onlayn -resurs statusuna nail olmağı bacarıb.Dünya şöhrətli sosial Şəbəkə olan “Facebook” 10 yaşını qeyd edir. ANS PRESS-in məlumatına görə, şirkət 2004-cü ilin bu günü Mark Zukerberq tərəfindən Harvardda oxuyarkən otaq qonşuları ilə birgə yaşayarkən yaradılıb.Əvvəlcə sayt “Thefacebook” adlanırdı və ona giriş sadəcə Harvard universitetinin tələbələrinə mümkün idi. Daha sonra qeydiyyatı ABŞ-ın edu domenli elektron ünvanı olan digər universitet tələbələri üçün də açdılar.2006-cı ilin sentyabr ayından isə sayta giriş elektron ünvanı olan 13 yaşından yuxarı bütün internet istifadəçiləri üçün açıldı. 10 il ərzində “Facebook” 200 milyarddan çox dostluq əlaqələri qurub.2009-cu ildə “Favebook” ilk dəfə sosial şəbəkədə “Like” düyməsini yaradıb ki, indi ondan dünyada orta hesabla 6 milyard insan istifadə edir. Şirkət 10 il ərzində dünyada bir ay ərzində 1,23 milyard istifadəçisi olan ən böyük sosial onlayn -resurs statusuna nail olmağı bacarıb. ANN.Az