Facebook bu paylaşımları siləcək

15:06 | 04.12.2020
Facebook bu paylaşımları siləcək

Facebook bu paylaşımları siləcək

Sosial şəbəkələrdə yeni növ koronavirus peyvəndləri haqqında səhv məlumat yerləşdirənlərin postları silinəcək.

Anews.az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə "Facebook” açıqlama verib. Açıqlamada "Facebook” və "Instagram” sosial şəbəkələrində səhiyyə mütəxəssisləri tərəfindən təsdiqlənməyən məlumatların qeyd olunduğu paylaşımların silinəcəyi bildirilib. COVID-19 vaksinlərinin tərkibində yerləşdirilən mikroçip və əhalinin bəlli bir qisminin öz izni olmadan onlara vaksinin tətbiq edilməsi ilə bağlı paylaşılan postların da silinəcəyi bildirilib.

Qeyd edək ki, ABŞ-da COVID-19-un ilk dəfə qeydə alındığı tarixdən bugünə kimi pandemiya təxminən 12 milyona yaxın paylaşım içərisində səhv məlumatlar olduğuna görə silinib.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM