"Facebook" ciddi mübarizəyə başladı

10:37 | 21.01.2015

"Facebook" ciddi mübarizəyə başladı

"Facebook” sosial şəbəkə daxilində saxta və insanları yanıldan xəbərlərə qarşı mübarizəyə başlayıb.

"Xəbər lenti hər dəfə yeniləndiyi zaman istifadəçilərin "saxta olaraq” qeyd etdiyi xəbərlərin yayılma aktivliyini azaldacaq. Bundan əlavə sosial şəbəkə xeyli sayda belə qeydlər alan paylaşımlara xüsusi xəbərdarlıq əlavə edəcək”, - deyə "Facebook” un yaydığı məlumatda vurğulanır.

Sosial şəbəkə saxta paylaşımlar dedikdə fırıldaqçı yazılar (Məsələn, bu linkə daxil olun və ömürlük kofe ehtiyatı əldə edin) və ya saxta xəbərləri (Məsələn, alimlər Santa-Klausun mövcudluğunu təsdiqlədilər) nəzərdə tutur.
"İnsanlar tez-tez bu cür paylaşımlar edir, sonra isə aldadıqlarını bilərək onları silirlər. Bundan əlavə xəbər saxta olduğundan bu cür paylaşımlara dostlar tərəfindən xeyli şərh gəlir və həmin xəbəri yayan saytlara istifadəçi keçidlərinin sayı artır”, - deyə sosial şəbəkə bildirib. //azvision.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti