Facebook-da sevgili axtaranlara ŞAD XƏBƏR

23:25 | 19.05.2014
Facebook-da sevgili axtaranlara ŞAD XƏBƏR

Facebook-da sevgili axtaranlara ŞAD XƏBƏR

Facebook sevgilisi olmayanlar üçün yeni xüsusiyyət əlavə edir. 
ANS PRESS-in məlumatına görə, son yenilik nəticəsində istifadəçilərin dost siyahısında hər hansı birinin sevgilisi olub-olmadığını "istə" düyməsi ilə öyrənmək mümkün olacaq. 
Facebook-un hazırda istifadədə olan bu xüsusiyyəti ilə istifadəçilər lazım olan profildəki məlumatları şəxsin yoldaşından istəyə bilərlər. 
Ancaq Facebook bu işi bir az daha irəliyə gətirərək ailə vəziyyəti naməlum olan istifadəçilərdən sevgilisi olub-olmadığını da soruşa bilir. Bunun üçün "istə" düyməsinə basmaq kifayətdir. 
Hələ bütün profillərə tətbiq edilməsə də yeni xüsusiyyətin qısa müddətdə bütün profillərə əlavə edilməsi gözlənilir. 
Qısacası sevgilinizin olub olmadığını, əlaqənizin necə getdiyini soruşanların sayı irəliləyən günlərdə artarsa ​​çaşmayın!
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM