Facebook sosial şəbəkəsinin təsisçisi Mark Zukerberq “Ebola” xəstəliyi ilə mübarizəyə 25 mln dollar ianə edib.ANN.Az xəbər verir ki, APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bu barədə Mark Zukerberq Facebook şəbəkəsində bildirib. ““Ebola” epidemiyasında kritik dönüş məqamdır. Hələlik 8400 insan yoluxub, lakin xəstəlik sürətlə yayılmaqdadır və proqnozlar göstərir ki, tədbirlər görülməzsə, onların sayı yaxın bir neçə ay ərzində milyonu keçə bilər”, deyə Zukerberq bildirib. Facebook təsisçisi qeyd edib ki, “Ebola” yaxın müddətdə nəzarətə alınmazsa, bəşəriyyət onilliklər boyunca ağır mübarizəyə düçar olacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !