Facebook əsas səhifəsinin alqoritmasında daha bir neçə önəmli dəyişiklik edib.
Texnobaz.com-un verdiyi xəbərə görə, dəyişikliklərdən biri Facebook-un gündəmə aid məlumatların xəbər axışı səhifəsində Trend başlığıyla önə çıxaracağıdır.
Məsələn, televiziyada canlı yayımı gedən hər hansı serial, proqramla bağlı paylaşımlar daha çox adama göstərilərək, önə çıxarılacaq. Gündəmlə bağlı məlumatların da tez-tez trend olması gözlənilir.
Daha bir önəmli dəyişiklik isə Facebook-un bir müddətdir test etdiyi və çox hallarda istifadəçilərin etirazına səbəb olan dəyişiklikdən imtina etməsidir.
Söhbət bəzən bir neçə gün əvvəl paylaşılan xəbərin hansısa istifadəçinin bəyənməsi və şərhindən sonra təkrar əsas səhifədə göstərilməsindən gedir. Facebook bunun istifadəçilər üçü maraqsız oduğunu bildirərək, gündəmi ön plana çıxaracaqlarını deyir.
Trend olan xəbərlər istisna olmaqla, digər xəbərlərə münasibətdə Facebook məlumatları məhz gündəm kriteriyası ilə dəyərləndirəcək.
Beləcə Facebook ölü xəbərlə isti xəbəri ayır edəcək, son dəqiqə xəbərlərini daha çox göstərib, daha sonra onu göstərməyi məhdudlaşdıracaq.
Texnobaz.com